“Warner Bros. Discovery” 100 milyon dollardan çox qənaət etdi

“Warner Bros. Discovery” 100 milyon dollardan çox qənaət etdi
7 avqust 2023
# 10:27

Hollivudlu sənətçilərin tətili səbəbilə “Warner Bros. Discovery” şirkəti 100 milyon dollardan çox qənaət edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin rəhbəri David Zaslav film istehsalına cari ilin sentyabrında başlayacaqlarını bildirib:

“Əslində, ABŞ Kinematoqrafçılar Gildiyasından əvvəl Ssenaristlər Gildiyası tətil etdi. Hətta ssenaristlərin fəaliyyətini dayandırması televiziya və film istehsalına xeyli ciddi təsir göstərib. Həmkarlar ittifaqları və studiyalar arasında danışıqlar başlamasa da, gildiyalar tətillərin sentyabrda bitəcəyini, film və serial istehsalına başlanacağını proqnozlaşdırırlar.”

Qeyd edək ki, iyulun 13-də Amerika həmkarlar ittifaqı SAG-AFTRA tətilə başlayıb.

# 618 dəfə oxunub

Müəllifin son yazıları

# # #