VII Beynəlxalq İzmir Ədəbiyyat Festivalı başlayır

VII Beynəlxalq İzmir Ədəbiyyat Festivalı  başlayır
13 sentyabr 2023
# 17:05

Bu ilin 15-20 sentyabr tarixlərində İzmir Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Beynəlxalq İzmir Ədəbiyyat Festivalı keçiriləcək.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, festival sentyabrın 15-də saat 19.00-da Aqora Arxeoloji Qazıntı Sahəsində Cümhuriyyətin 100 illiyi münasibətilə “Ədəbiyyat Cümhuriyyətdir” mövzusunda açılış mərasimi ilə başlayacaq.

Builki festivala Cənubi Afrika, Makedoniya, İran və Almaniyadan ədəbiyyat xadimləri qatılacaq.

# 1024 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #