Vətənpərvər xanımlardan zəfər yürüşü

Vətənpərvər xanımlardan zəfər yürüşü
15 oktyabr 2022
# 11:20

Vətənpərvər xanımlar Xəzərin Sumqayıt sahili boyunca at belində yürüş ediblər. Zəfər yürüşü üç rəngli Azərbaycan bayrağının açılması ilə başa çatıb.

Kulis.az xəbər verir ki, yürüşdə qəhrəmanlarımız şəhid general Polad Həşimovun qızı Aybəniz, şəhid mayor Elşad Həsənovun qızı Aysun , şəhid polkovnik-leytenant Sədi Musayevin qızı Arzu ilə yanaşı Diasporla İş üzrə Dövlət Komitəsi, Miqrasiya könüllüsü İB, Dost Agentliyi və ASAN Xidmət könüllüləri, eləcə də ictimai fəal xanımlar iştirak ediblər. Layihənin rəhbəri Həcər Əkbərovadır.

Zəfər yürüşündən sonra iştirakçılar Sumqayıt Şəhidlər Xiyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizi ziyarət ediblər.

# 1188 dəfə oxunub

Müəllifin son yazıları

# # #