“Vesti.az”ın 14 yaşı tamam olur

“Vesti.az”ın 14 yaşı tamam olur
16 mart 2023
# 10:30

Bu gün “APA Media Group”un tərkibində fəaliyyət göstərən rusdilli “Vesti.az” İnformasiya Agentliyinin yaranmasından 14 il ötür.

Kulis.az xəbər verir ki, “Vesti.az” ilk gündən geniş oxucu auditoriyasının diqqətini cəlb edib.

Eksklüziv materiallar, reportaj və müsahibələr saytın populyar internet resurslardan birinə çevrilməsinə səbəb olub.

Vesti.az” təkcə Azərbaycanda deyil, dünyada, xüsusilə MDB məkanında tanınan, ən çox istinad edilən resurslardan biridir. Agentlik Qarabağ məsələsi ilə bağlı reallığın dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.

Hər gün on minlərlə oxucunun ziyarət etdiyi “Vesti.az” dünyanın tanınmış analitikləri, politoloqları ilə yaxından əməkdaşlıq edir.

# 1187 dəfə oxunub

Müəllifin son yazıları

# # #