“Veronika ölməyə qərar verir” tamaşasının premyerası olacaq

“Veronika ölməyə qərar verir” tamaşasının premyerası olacaq
16 fevral 2023
# 16:00

Fevralın 19-da Heydər Əliyev Sarayında “Nataliya Başevanın teatr emalatxanası”- Kamera Dram Teatrının “Veronika ölməyə qərar verir” tamaşasının premyerası olacaq.

Kulis.az xəbər verir ki, tamaşa braziliyalı yazıçı Paulo Koelyonun eyniadlı dünya bestselleri əsasında hazırlanıb.

"Veronika ölməyə qərar verir" ölüm qarşısında yaşamaq ehtirasından bəhs edən real bir hekayədir.

Qeyd edək ki, səhnə əsərinin bədii rəhbəri Nataliya Başeva, musiqi müəllifi Boris Qrebenşikovdur. Tamaşa 2 saat 30 dəqiqə davam edəcək.

# 998 dəfə oxunub

Müəllifin son yazıları

# # #