Venesiya Film Festivalı “Qızıl şir”i təqdim edəcək

Venesiya Film Festivalı  “Qızıl şir”i  təqdim edəcək
30 avqust 2024
# 16:00

81-ci Venesiya Film Festivalı Venesiyanın Lido adasında təşkil olunub.

Kulis.az xəbər verir ki, festival amerikalı rejissor Tim Börtonun “Bitlcuyz 2” filmi ilə açılıb.

Bu, rejissorun 1988-ci ildə çəkdiyi eyniadlı fantastik komediya filminin davamıdır.

Festivalın əsas mükafatı – “Qızıl şir” uğrunda yarışmanın favoritləri arasında Todd Fillipsin “Coker 2: İki nəfər üçün dəlilik” də var.

Festivalın əsas müsabiqə proqramında ispan rejissoru Pedro Almodovarın ilk ingilisdilli filmi, Tilda Svinton və Culian Murun çəkildiyi “Qonşu otaq” filmi də var.

Münsiflər heyətinə fransız aktisa İzabel Yupper rəhbərlik edir.

Açılış mərasimində amerikalı aktrisa və prodüser, “Yadplanetli” və “Avatar” filmlərinin ulduzu Siqurni Uiver dünya kinosuna verdiyi töhfəyə görə fəxri “Qızıl şir” mükafatı ilə təltif olunub.

Festival sentyabrın 7-də başa çatacaq.

# 297 dəfə oxunub

Müəllifin son yazıları

# # #