Vaqif Səmədoğlu Mərkəzi qiraət müsabiqəsi elan edir

Vaqif Səmədoğlu Mərkəzi qiraət müsabiqəsi elan edir
10 oktyabr 2023
# 12:30

Vaqif Səmədoğlu Mərkəzi qiraət müsabiqəsi elan edib.

Kulis.az xəbər verir ki, Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyi münasibəti ilə keçirilən müsabiqədə 35 yaşına qədər şəxslər iştirak edə bilər.

Müsabiqədə şairin şeirləri səsləndiriləcək.

İştirak etmək istəyənlər 10 yanvar 2024-cü il saat 18:00-dək [email protected] elektron ünvanına səsləndirdiyi şeirin video çarxını göndərə bilərlər.

Qaliblərin mükafatlandırma mərasimi 27 yanvar 2024-cü il tarixində şairin anım günündə baş tutacaq.

# 1502 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #