Vaqif Mustafazadənin xatirəsinə həsr olunan sərgi keçiriləcək

Vaqif Mustafazadənin xatirəsinə həsr olunan sərgi keçiriləcək
13 mart 2024
# 17:30

Salyan rayonunda Azərbaycanda caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin xatirəsinə həsr olunan sərgi keçiriləcək.

Məşhur cazmen və bəstəkarın vəfatının 45-ci ildönümü münasibətilə “Caz rəsmlərdə” adlı yaradıcılıq sərgisi martın 15-də Salyan Dövlət Rəsm Qalereyasında təşkil olunacaq.

Peşəkar, gənc və yeniyetmə rəssamların əsərlərinin nümayiş olunacağı sərgi martın 30-dək davam edəcək.

Qeyd edək ki, təqdim olunan rəsm əsərlərində Azərbaycan cazından başqa, dünya caz ulduzlarının portretləri və caz kompozisiyaları da yer alacaq.

# 542 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #