Vahid Əliyev: "Həkimlər məni ayağa qaldırdılar"

Vahid Əliyev

Vahid Əliyev

21 fevral 2023
# 10:00

Əməkdar artist Vahid Əliyev keçirdiyi əməliyyatdan sonra ilk dəfə efirə çıxıb.

Kulis.az xəbər verir ki, ürəyində problem olan aktyor "Elgizlə izlə" verilişinə qatılıb.

"Həkimlər məni ayağa qaldırdılar. Dörd damarı dəyişdirmək nə deməkdir. Bir də həyat yoldaşıma təşəkkür edirəm, mənə yaxşı baxdı" deyə, V.Əliyev bildirib.

Qeyd edək ki, ötən ilin dekabrında aktyor ürəyində ağrılar hiss edib və xəstəxanaya yerləşdirilib. Ona infarkt diaqnozu qoyulub və ürəyində 3 damarın tıxandığı bildirilib.

# 1360 dəfə oxunub

Müəllifin son yazıları

# # #