“Uşaqlar üçün incəsənət tarixi” layihəsi davam edir

“Uşaqlar üçün incəsənət tarixi”  layihəsi davam edir
22 yanvar 2024
# 13:30

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gətirilən “Uşaqlar üçün incəsənət tarixi” adlı layihə davam edir.

Kulis.az xəbər verir ki, layihənin ikinci proqramı dünyanın ən zəngin sivilizasiyalarından biri olan Misirə həsr olunub.

“Qədim Misir incəsənəti” proqramında misirlilərin mifoloji dünyagörüşü, dəfn mərasimi, təsviri sənətdə mövcud olan kanonlar, Sfinks heykəli, Giza piramidaları – Xeops, Xefren, Mikerin, Luksor və Karnak məbədlərindən bəhs edən mühazirə keçirilib. Daha sonra ustad dərslərində papirusun hazırlanma üsulu və üzərində piktoqrafik yazıların işlənmə qaydaları öyrədilib. Maarifləndirici viktorina, əyləncəli kvest oyunu uşaqların həftəsonu proqramını daha da yaddaqalan edib.

"Uşaqlar üçün incəsənət tarixi" layihəsi hər həftənin şənbə və bazar günləri keçirilir.

# 739 dəfə oxunub

Müəllifin son yazıları

# # #