Uşaq İncəsənət Festivalında birinci seçim turu başladı

Uşaq İncəsənət Festivalında birinci seçim turu başladı
19 aprel 2025
# 11:45

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Uşaq İncəsənət Festivalı – 2025" çərçivəsində birinci seçim turuna start verilir.

Kulis.az xəbər verir ki, 21 aprel tarixindən etibarən respublika üzrə bütün bölgələrdə seçim mərhələləri başlayacaq.

Qeydiyyatdan keçmiş iştirakçılar festivalın münsiflər heyəti qarşısında öz istedadlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, seçim turları müxtəlif regionlarda yerləşən məntəqələrdə mərhələli şəkildə keçiriləcək.

# 94 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #