Uşaq gününə həsr olunmuş sərgi keçiriləcək

Uşaq gününə həsr olunmuş sərgi keçiriləcək
21 aprel 2022
# 13:30

Aprelin 22-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyevanın TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının deputatları ilə görüşü, eləcə də 23 aprel - Milli Suverenlik və Uşaq Gününə həsr olunmuş “Türk dünyasının uşaqlarının birliyi" adlı tədbir keçiriləcək və azərbaycanlı rəssam Kövsər Qurbanın rəsmlərindən ibarət sərgi açılacaq.

Kulis.az xəbər verir ki, tədbir Fond ilə təşkilatın üzv və müşahidəçi ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsi və gənc nəsli türk dünyasının maddi-mədəni dəyərləri ilə tanış edilməsi məqsədilə təşkil olunacaq.

Mərasimdə türk ölkələrini təmsil edən uşaqlar tərəfindən türk dünyasının həmrəyliyini ifadə edən mahnılar oxunacaq, rəqslər nümayiş ediləcək, şeirlər söyləniləcək.

# 1143 dəfə oxunub

Müəllifin son yazıları

# # #