“Ürəyimdəki səs” adlı tədbir keçirildi

“Ürəyimdəki səs” adlı tədbir keçirildi
22 may 2023
# 18:00

Rusiyanın Sankt-Peterbirq şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ürəyimdəki səs” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, “Xarı bülbül” mahnı və rəqs ansamblının rəhbəri Fatma Nazirli tərəfindən təşkil olunan tədbir Rusiya və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ardınca Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz yad edilib. Tədbirdə ansamblın rəhbəri Fatma xanım Nazirli Heydər Əliyevin Sankt-Peterburq şəhərində təhsil aldıgı illər haqqında məlumat verib. Sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə Sankt-Peterburqda fəaliyyət göstərən “Xarı bülbül” mahnı və rəqs ansamblının solistləri “Qarabağ maralı”, “Fəridəm”, “Arşın mal alan”, “Mənim Azərbaycanım” adlı rəqs nömrələri ilə çıxış ediblər.

# 918 dəfə oxunub

Müəllifin son yazıları

# # #