"Ulduz" jurnalının yeni sayı dərc edildi

"Ulduz" jurnalının yeni sayı dərc edildi
4 iyul 2023
# 15:22

"Ulduz" jurnalının gənc yazıçılara həsr olunmuş iyun nömrəsi çap edilib.

Kulis.az xəbər verir ki, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə ortaq layihə çərçivəsində ərsəyə gələn dərgi "Yeni nəsil: proza" devizi altında çapdan çıxıb.

Dərginin sözügedən nömrəsində yeni nəsil yazarlardan Furqan, Orxan Saffari, Təvəkkül Boysunar, Orxan Cuvarlı, Sərdar Amin, Nihat Pir, Həmid Piriyev, Orxan Həsəni, Rəvan Cavid və Nadir Yalçının müxtəlif məzmunlu hekayələri, eləcə də şair-publisist Qulu Ağsəsin "Yuxarıdayam, düşürəm indi" essesi yer alıb.

"Dərgidə kitab" rubrikasında türk ədəbiyyatında qısa hekayə janrının banilərindən hesab edilən Ömər Seyfəddinin "Üç nəsihət" hekayəsi təqdim edilib. Hekayəni dilimizə Azad Yaşar tərcümə edib.

"Dərgidə sərgi" rubrikasını isə 10 yaşlı Əzizə Bəhruzlunun rəsmləri bəzəyir.

# 707 dəfə oxunub

Müəllifin son yazıları

# # #