Ukraynalı bəstəkar vəfat etdi

Ukraynalı bəstəkar vəfat etdi
13 sentyabr 2023
# 10:11

Ukraynalı bəstəkar Yan Tabaçnik Təl-Əvivdə vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bəstəkarın ölümünə səbəb ağciyər xərçəngi olub.

Yan Tabaçnikin mahnılarını İosif Kobzon , Vaxtanq Kikabidze , Lyudmila Qurçenko , Valentina Tolkunova və başqaları ifa ediblər.

1995-ci ildə bəstəkar Odessada Yan Tabaçnik Musiqi Teatrını, 2000-ci ildə isə Kiyevdə Yan Tabaçnik Beynəlxalq Yaradıcılıq Mərkəzini açıb.

Tabaçnikin həyat yoldaşı Ukraynanın xalq artisti Tatyana Nedelskaya olub.

# 664 dəfə oxunub

Müəllifin son yazıları

# # #