Uitni Hyustondan bəhs edən film yayımlanacaq

Uitni Hyustondan bəhs edən film yayımlanacaq
17 sentyabr 2022
# 16:40

Amerikalı müğənni Uitni Hyuston haqqında bioqrafik filmin tizer-treyleri yayımlanıb. Ekran əsəri "Biri ilə rəqs etmək istəyirəm" ("I Wanna Dance with Somebody") adlanır.

Kulis.az xəbər verir ki, rejissoru Keysi Lemmons olan filmin dekabrın 21-də kütləvi nümayişi planlaşdırılır. Ekran əsəri dünyaşöhrətli müğənni Uitni Hyustonun yaradıcılıq karyerasından, onun uğurları və faciəvi ölümündən bəhs edir.

Filmdə baş rolda Naomi Aki, digər rollarda isə Stenli Tuççi və başqaları çəkilib.

Baş rol ifaçısının sözlərinə görə, filmdə müğənninin həyatından, daxili aləminin prizmasından bəhs edən bir çox mahnıları yer alıb.

Xatırladaq ki, dünyaşöhrətli ifaçı Uitni Hyuston 2012-ci ilin fevralında 48 yaşında vəfat edib. Ölümün rəsmi səbəbi ürək xəstəliyi fonunda kokain və antidepressantlardan sui-istifadə olub.

# 1117 dəfə oxunub

Müəllifin son yazıları

# # #