Uill Smit ABŞ Kino Akdemiyasından istefa verdi

Uill Smit ABŞ Kino Akdemiyasından istefa verdi
2 aprel 2022
# 17:00

Hollivud ulduzu Uill Smit ABŞ Kino Sənəti və Elmləri Akademiyasının üzvlüyündən istefa verib.

Kulis.az ria.ru-a istinadən bildirir ki, aktyor özü bu barədə mətbuata açıqlama verib:

“94-cü Oskar mərasimindəki hərəkətlərim sarsıdıcı, ağrılı və bağışlanmaz idi… Kino Sənətləri və Elmləri Akademiyasının üzvlüyündən istefa verirəm”.

Xatırladaq ki, aktyorun Oskar mərasimində aparıcı Kris Roka yumruq vurması ciddi qalmaqal yaratmışdı.

# 1850 dəfə oxunub

Müəllifin son yazıları

# # #