Ufuk Özkan səhhəti ilə bağlı açıqlama verdi

Ufuk Özkan səhhəti ilə bağlı açıqlama verdi
13 iyul 2023
# 14:37

Türkiyəli aktyor Ufuk Özkan səhhəti ilə bağlı açıqlama verib.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor bu barədə özünün instaqram hesabında paylaşım edib.

"Bir müddətdir ki, qaraciyərimdə problemlər var. Orqan transplantasiyasına ehtiyac olduğu halda təbii ki, bunu edəcəyik. Vəziyyətimə mütəmadi olaraq mütəxəssis həkimlər tərəfindən nəzarət olunur. Yaxınlarımın buna görə narahat olduğunu görüb çox əsəbiləşirəm. Onsuzda həyat bizi xəstəliklərlə yaşamağı öyrənməyə məcbur edir. İcazə verməyəcəm bu proseslər işimə təsir etsin. Allahın izni ilə yenidən serial və filmlərlə qarşınıza çıxacağam.Sevgi dolu dua və mesajlarınız üçün çox sağ olun".

Qeyd edək ki, Ufuk Özkan rol aldığı "Ölümsüz aşk", "Böyük aile" və başqa seriallar ilə tamaşaçıların sevgisini qazanıb.

# 1378 dəfə oxunub

Müəllifin son yazıları

# # #