Aprelin 30-da, saat 19:00-da "Azərbaycan" CinemaPlus-da "Tütək səsi" bədii filmi nümayiş olunacaq.
Kulis.az xəbər verir ki, film İkinci Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində yaşayan insanların qayğılarından, məhəbbətindən bəhs edir.
Ekran əsərinin rejissoru Rasim Ocaqov, ssenari müəllifi İsa Hüseynov, operatoru Teyyub Axundov, rəssamı Elbəy Rzaquliyev, bəstəkarıp isə Aqşin Əlizadədir.
- "Yuğ" 2019-a "Quş dili" ilə yekun vurdu
- “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” üzrə brifinq keçirildi
- Beynəlxalq Muğam Mərkəzinin direktoru UNESCO-nun Baş katibinə müraciət ünvanladı
Filmdə əsas rolları Akif Əli, Mixail Volontir, Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev, Liya Eliava, Səfurə İbrahimova və Xalidə Quliyeva canlandırır.
Giriş sərbəstdir.
Ünvan: Əbdülkərim Əlizadə küç. 1