TÜRKSOY-a üzv ölkələrin şairləri Şuşada görüşəcək

TÜRKSOY-a üzv ölkələrin şairləri Şuşada görüşəcək
10 fevral 2023
# 18:20

Cari ilin iyul-sentyabr aylarında Şuşada türk dünyasının tanınmış şair və yazıçılarının iştirakı ilə ədəbi-bədii tədbirlər təşkil olunacaq.

Kulis.az xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.

Bu tədbirlərə Vaqif poeziya günləri çərçivəsində TÜRKSOY-a üzv ölkələrin şairlərinin görüşü, Mir Möhsün Nəvvab Qarabağinin 190 illiyinə həsr olunmuş sərginin açılması və “Mir Möhsün Nəvvab Qarabağinin silah kolleksiyası” adlı kitab-kataloqun təqdimatı, həmçinin “Məclisi-üns” ədəbi məclisinin təşkili daxildir.

Tədbirlərin icrası ilə bağlı işlər Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.

# 1148 dəfə oxunub

Müəllifin son yazıları

# # #