Türkiyənin "Oskar"a namizəd filmi açıqlandı

Türkiyənin "Oskar"a namizəd filmi açıqlandı
11 sentyabr 2023
# 13:11

Türkiyənin builki "Oskar"a namizədi Nuri Bilge Ceylanın "Quru otlar üstünə" filmi olub.

Kulis.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 7 film arasından seçilən film Türkiyəni "Ən yaxşı beynəlxalq film" kateqoriyasında təmsil edəcək.

Xatırladaq ki, bundan öncə “Quru otlar üstünə” Kann Beynəlxalq Kino Festivalında aktrisa Merve Dizdara “Ən yaxşı qadın aktrisa” mükafatını qazandırıb.

Qeyd edək ki, 96-cı “Oskar” mükafatlarının təqdimatı mərasiminin gələn il martın 10-da keçiriləcəyi ehtimal edilir.

# 883 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #