Türkiyənin caz artisti 100 yaşında vəfat etdi

Türkiyənin caz artisti 100 yaşında vəfat etdi
25 may 2023
# 11:50

Türkiyənin ilk pianoçu müğənnilərindən biri, caz artisti Bozkurt İlham Gencer 100 yaşında dünyasını dəyişib.

Kulis.az xarici xəbər verir ki, bu barədə sənətçinin oğlu Bora Gencer öz sosial şəbəkə hesabında paylaşım edib.

O, “Dünyanın ən yaxşı, ləyaqətli insanı olan İlham Genceri itirdik" deyə paylaşımda qeyd edib.

Xatırladaq ki, Türkiyədə caz musiqisinin yayılmasına mühüm töhfələr verən Gencer 2022-ci ilin 30 avqustunda Bodrumda 100 illik yubileyini qeyd etmişdi.

# 647 dəfə oxunub

Müəllifin son yazıları

# # #