Türkiyəli müğənni Sertab Erener ötən gecə Bakıya gəlib.
Kulis.az xəbər verir ki, sənətçi media nümayəndələrinin suallarını cavablandırıb. O, Türkiyənin "Avroviziya müsabiqəsindən uzaqlaşmasından danışıb.
Edisin "Avroviziya"yaya Azərbaycan adından qatılması haqda suallara ifaçı belə reaksiya verib:
- “Rəngin eşqi” adlı sərgi keçiriləcək
- “Bakı Kristal Zalı”na yeni direktor təyin edildi
- Əməkdar artistin evindən 5400 dollar oğurlandı
"Mahnı önəmlidir, Edis çox yaxşıdır. Çox istəyərdim Türkiyə yenidən qatılsın. Düşünürəm ki, Türkiyənin yarışmadan çəkilməsi yanlış bir qərardır. Bu, artıq Avropanı aşmış bir yarışmadır. Bütün dünya bunu seyr edir".
Qeyd edək ki, Sertabın konserti 30 noyabrda Bakı Konqres Mərkəzində olacaq.
Xatırladaq ki, Sertab sözügedən yarışmada 2003-cü ildə "Everyway That I Can" mahnısı ilə Türkiyəni təmsil edib və birinci olub.