Türkiyəli müğənni səhnədə öldü

Türkiyəli müğənni səhnədə öldü
21 sentyabr 2024
# 11:53

Məşhur müğənni və rejissor Metin Arolat İstanbulun Kozyatağı qəsəbəsindəki otellərdən birində konsert verərkən qəfil yıxılıb.

Kulis.az xəbər verir ki, məşhur sənətçinin meneceri Halil Yıldırım 52 yaşlı Arolatın infarktdan öldüyünü təsdiqləyib.

Ürəyinə masaj edilən Arolat xəstəxanada bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib.

Qeyd edək ki, Metin Arolat 28 may 1972-ci ildə İzmirdə anadan olub. Anası çərkəz, atası bank işçisidir və İstanbuldandır. Atası Türk Hava Yollarının loqosunu hazırlayan şəxsdir. Ata tərəfdən ulu babası Həsən İzzət Paşa, babası isə məşhur türk şairi Əli Mümtaz Arolatdır.

Karyerasına ilk olaraq İstanbulda Osman Üstündağın reklam agentliyində direktor köməkçisi kimi başlayıb. Üzərində işlədiyi qısametrajlı film Kann Film Festivalında Qızıl Aslan mükafatını alıb. Bir müddət Amerikaya gedib və Çikaqoda İllinoys Universitetində reklam təhsili alıb. Daha sonra Türkiyəyə qayıdandan sonra Tarkanın klipini çəkən komandada işləməyə başlayıb.

# 136 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #