Türkiyəli məşhur iş adamı Bakıya konfransa gəlir

Recai Çakır

Recai Çakır

27 fevral 2023
# 16:50

Turizmdə “Sianji Group” adından bəhs etdirən uğurlu iş adamı, Türkiyədə ilk 7 ulduzlu hoteli təsis edən “Sianji Group” şirkətlər şəbəkəsinin rəhbəri Recai Çakır Bakıya konfransa gəlir.

Kulis.az xəbər verir ki, 12 mart 10:00-da Nizami Kino Mərkəzində baş tutacaq görüşdə iştirak limitlə və seçimlədir.

Konfrans, iş həyatında effektiv çalışmaq və qısa müddətdə maksimal hədəfə çatmaq, nəticə əldə etmək istəyənlər, özəl və dövlət sektorunda müəyyən vəzifələrdə çalışan, müəyyən biznes ideaları olan, fərdi inkişafına yatırım etmək istəyən tələblər və digər şəxslər üçün nəzərdə tutulub.

Qeyd edək ki, konfransın təşkilatçısı biznes təhsili, konfrans, təlimlər və seminarlar, onlayn kurslar təşkil edən, 2016-cı ildən fəaliyyət göstərən Türkiyənin Hoffman Co şirkətidir.

"Başarılı Olmak Zor Değil" adlı konfrans ödənişlidir və təklif olunan paketlər 45-250 AZN arası dəyişir. Təşkilatçıların verdiyi məlumata görə, konfransın xəbəri ölkəmizdə səs salıb və artıq bir neçə şirkət nümayəndələri, rəhbər şəxslər və məşhurlar konfransda iştirak etmək üçün yerlərini rezerv etdiriblər. Layihə iştirakçılarının hər birinə sertifikat təqdim olunacaq.

# 1182 dəfə oxunub

Müəllifin son yazıları

# # #