Türkiyəli aktrisa dağıntılar altında qalan ailəsi üçün yardım istədi

Türkiyəli aktrisa dağıntılar altında qalan ailəsi üçün yardım istədi
6 fevral 2023
# 12:50

Türkiyədə baş verən zəlzələdə aktrisa Melisa Aslı Pamukun ailəsi də dağıntılar altında qalıb.

Kulis.az xəbər verir ki, aktrisa sosial media hesabında səhər saatlarında Kahramanmaraşdakı zəlzələdə nənəsi və xalasının dağıntılar altında qaldığını yazaraq ailəsinə kömək edə biləcək şəxslərə müraciət edib:

"Nənəm yeriyə bilmir, xəstədir. Xalamla birlikdə binada qapalı qalıblar. Mənzildə vəziyyət necədir bilmirik. Bölgədə kömək edə biləcək kimsə var?”.

Qeyd edək ki, son açıqlanan rəsmi məlumata görə, zəlzələ nəticəsində 284 nəfər həlak olub, 2323 nəfər isə yaralanıb.

# 2213 dəfə oxunub

Müəllifin son yazıları

# # #