İstanbulda yerləşən Rami Kitabxanası Beynəlxalq Kitabxana Assosiasiyaları və Təşkilatları Federasiyası tərəfindən keçirilən "2026 Yaşıl Kitabxana Mükafatları"nda dünya birincisi olub.
Kulis.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rami Kitabxanası "19-cu əsrdən qalma tarixi hərbi kazarmanın iqlimə dözümlü ictimai məkana çevrilməsi" layihəsi ilə "Böyük miqyaslı layihə" kateqoriyasında qalib seçilib.
Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy sosial şəbəkə hesabında paylaşım edərək mükafatın Cənubi Koreyanın Busan şəhərində keçirilən 90-cı Dünya Kitabxana və İnformasiya Konqresində təqdim edildiyini bildirib.
1826–1828-ci illərdə inşa edilən tarixi Rami Kazarması bərpa işlərindən sonra 2023-cü ildə kitabxana kimi istifadəyə verilib.
36 min kvadratmetrlik tarixi tikili sahəsi ilə yanaşı, kompleksi 51 min kvadratmetrlik yaşıl zona əhatə edir.
Kitabxanada yağış sularından təkrar istifadə mexanizmləri, günəş enerjisi sistemləri, 696 ağac və bioloji gölməçə yer alır.
Qeyd edək ki, 2 milyon kitab fondu və 4 200 nəfərlik oturacaq tutumu olan Rami Kitabxanası açıldığı gündən 2025-ci ilin sonunadək 8 milyondan çox ziyarətçi qəbul edib.



Türkiyədəki kitabxana dünya birincisi seçildi
Müəllifin son yazıları
Pabın qaranlığından səhnənin zirvəsinə... - Məşhur "Sultans of Swing" necə yarandı?
14:25
12 avqust 2026
“Oskara”a namizəd aktyorun yeni layihəsi açıqlandı
13:00
12 avqust 2026
Dini epik janrı yaratdı, Rembrandt üslubunu kinoya gətirdi... – O, çəkilişdə ilk dəfə nədən istifadə etmişdi?
12:30
12 avqust 2026