Türkiyədə seriallara nəzarət gücləndirilir

Türkiyədə seriallara nəzarət gücləndirilir
17 aprel 2026
# 10:02

Şanlıurfa və Kahramanmaraşda baş verən faciələrdən sonra Türkiyədə yayımlanan seriallarla bağlı yoxlamalara başlanılıb.

Kulis.az xəbər verir ki, hazırda yerli mediada "Eşref Rüya" və "Yeraltı" seriallarının yayımdan tam çıxarılacağı ilə bağlı iddialar yayılıb.

Lakin layihələrin prodüserləri bu barədə hələlik rəsmi qərarın olmadığını açıqlayıblar.

Bununla belə, ekran işlərində silah və zorakılıq səhnələrinə daha ciddi nəzarət tətbiq ediləcəyi istisna olunmur.

Qeyd edək ki, hazırda Türkiyədə mafiya mövzulu "Yeraltı" və "Eşref Rüya" serialları reytinqlərdə ilk sıralardadır. Bundan başqa, "Uzak şehir", "Halef", "Sevdiyim sensin", "Çirkin", "Güller ve günahlar", "A.B.İ", "Arka Sokaklar", "Teşkilat" və "Taşacak bu deniz" kimi digər layihələrdə də silahlı qarşıdurma və zorakılıq səhnələrinin çoxluq təşkil etdiyi bildirilir.

# 339 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər