Türkiyədə Qara Qarayev haqqında kitab nəşr edildi

Türkiyədə Qara Qarayev haqqında kitab nəşr edildi
26 yanvar 2026
# 10:30

Türkiyədə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, akademik Qara Qarayevin həyat və yaradıcılığına həsr olunan kitab işıq üzü görüb.

Kulis.az xəbər verir ki, “XX əsrdə Azərbaycan musiqisi və Qara Qarayevin əsərlərində şərq–qərb qarşılıqlı təsiri” başlıqlı kitabın müəllifi azərbaycanlı tədqiqatçı və tar ifaçısı Pərviz Musayevdir.

Müəllifin magistratura elmi işi əsasında hazırlanan bu nəşr Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Türkiyədə yayımlanıb. Kitabda XX əsr Azərbaycan musiqisi, Azərbaycan bəstəkarlıq məktəbinin formalaşması və inkişafı, eləcə də Qara Qarayevin zəngin həyat və yaradıcılıq yolu elmi-tədqiqat müstəvisində təqdim olunur.

Nəşrdə bəstəkarın “Don Kixot” simfonik qravürləri, “Yeddi Gözəl”, “İldırımlı Yollarda” baletləri və Üçüncü simfoniyası ümumi şəkildə təhlil edilib.

# 55 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər