Arxeoloqlar Türkiyənin Çorum şəhərində yerləşən Şapinuva ərazisində 3300 illik tarixi olan qədim tikili aşkarlayıblar.
Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, tədqiqatçılar tikilinin taxıl anbarı olduğunu bildiriblər.
Qazıntı işlərinin rəhbəri Öndər İpək anbarın 150 ton taxıl tutumuna malik olduğunu və bu cür anbarların, xüsusilə qıtlıq dövründə son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.
Qeyd edək ki, Şapinuvada 1990-cı ildə başlayan arxeoloji qazıntılar Türk Tarix Qurumunun maliyyə dəstəyi ilə davam etdirilir.