“Türkiyə – Sultanlıqdan Cümhuriyyətə” adlı kitab nəşr olundu

“Türkiyə – Sultanlıqdan Cümhuriyyətə”  adlı kitab nəşr olundu
28 dekabr 2023
# 14:47

Azərbaycan Dövlət Tərcümə Mərkəzi Türkiyə Cümhuriyyətinin 100 illiyinə töhfə olaraq nəfis tərtibatlı “Türkiyə – Sultanlıqdan Cümhuriyyətə” kitabını ərsəyə gətirib.

Kulis.az xəbər verir ki, kitabda qardaş ölkənin zəfər dolu şanlı tarixi “Osmanlı dövlətinin yaranması”, “Osmanlı dövlətinin ideoloji baniləri”, “Osmanlı dövlətinin sultanları”, “Türkiyə Cümhuriyyətinin yaranması”, “Türkiyə Cümhuriyyətinin Prezidentləri” adlı fəsillərlə, Osmanlı və Cümhuriyyət dönəmlərində ölkəyə rəhbərlik etmiş tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti, eyni zamanda qədim türk sultanlarının bədii-fəlsəfi əsərlərindən nümunələr, kəlam və çıxışları ilə təqdim edilir.

Nəşrin layihə rəhbəri Xalq yazıçısı Afaq Məsud, tərtibçilər Sənan Nağı, Nəriman Əbdülrəhmanlı, redaktor Bəhlul Abbasovdur.

# 540 dəfə oxunub

Müəllifin son yazıları

# # #