Türkiyə Mədəniyyət və Turizm Nazirliyi: "Muzeylərin vəziyyəti yaxşıdır"

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi

10 fevral 2023
# 11:20

Türkiyə Mədəni İrs və Muzeylər Baş İdarəsi zəlzələ bölgəsindəki muzey və tarixi tikililərin vəziyyəti ilə bağlı məlumat verib.

Kulis.az xəbər verir ki, Mədəni İrs və Muzeylər Baş İdarəsinin məlumatında deyilir:

"Kahramanmaraş, Elbistan, Adıyaman və Malatya muzeylərimizdə xırda çatlardan başqa heç bir ziyan olmayıb. Muzeylərimizin kolleksiyalarında ciddi ziyan aşkarlanmayıb. Lakin onun ətrafındakı binaların təhlükə yarada biləcəyi ehtimalı nəzərə alınaraq Kahramanmaraş Muzeyimizin portativ kolleksiyası təhlükəsiz muzeyə köçürülüb.

Hatay Arxeologiya Muzeyimizin bir hissəsi zədələnib. Nazirliyimiz Fövqəladə Tədbirlər Planımıza uyğun olaraq bu muzeyə kadr dəstəyi göstərmişdir. Bundan başqa, muzeyimizdə günəş enerjisi ilə işləyən kamera sistemləri quraşdırılıb ki, elektrik enerjisinin kəsilməsi təhlükəsizlik zəifliyi yaratmasın”.

# 942 dəfə oxunub

Müəllifin son yazıları

# # #