Pokemonlar haqqında film çəkiləcək

Pokemonlar haqqında film çəkiləcək
18 avqust 2016
# 10:55

Məşhur ssenarist, “Qalaktikanın qoruyucuları” filminin ssenari müəllifi Nikol Perlman və “Gravity Falls” animasiya serialının ssenaristi Aleks Hirsh Pokemonlara aid ekran əsəri yazmağı planlaşdırırlar. Kulis.Azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Pokemonlar haqqında çəkiləcək film üçün ssenaristlərlə danışıqlar davam edir.

“Legendary Entertainment” kino şirkəti “Detektiv Pikaço” filmi üzərində çalışır. Qeyd edək ki, “Pokemon Campany” film proyektində şərikdir. Filmin ekranlara çıxmağı 2017-ci ildə nəzərdə tutulub.

Detektiv Pikaço kainatdakı Pokemonların yeni personajıdır. İlk dəfə Yaponiyadakı video oyunda nümayiş olunmuşdu.

Xatırladaq ki, “Legendary Entertainment”ə Pokemonlar haqqında filmin çəkilişləri üçün hüquqlar verilib.

# 954 dəfə oxunub

Müəllifin son yazıları

# # #