Heydər Əliyev Sarayında “BN Team Orchestra” simfonik orkestri növbəti dəfə “Türk serialları dünyası” adlı unikal layihə təqdim edib.
Kulis.az xəbər verir ki, orkestrin ifasında “Möhtəşəm yüz il”, “Qara sevda”, “Çalıquşu”, “Çuxur”, “Min bir gecə”, “Hərcai” və başqa serialların musiqiləri səsləndirilib.
Qeyd edək ki, filmlərdə musiqi süjet xəttini, qəhrəmanların hisslərini daha qabarıq çatdırmaq üçün istifadə olunur.