Türk Dünyasının mükafatları təqdim olunacaq

"Türk dünyasına üstün xidmət" mükafatı

"Türk dünyasına üstün xidmət" mükafatı

13 dekabr 2021
# 17:50

14 dekabr 2021- ci il saat 14-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Türk Ədəbiyyatı Vəqfinin başqanı, şair Serhat Kabaklı və “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, yazıçı-tərcüməçi İmdat Avşarın iştirakı ilə Vəqfin “Türk dünyasına üstün xidmət” mükafatlarının təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbirdə həmçinin İmdat Avşara AYB-nin “Nizami” mükafatı təqdim olunacaq. “Vektor” Elm Mərkəzi tərəfindən Sərhat Kabaklıya “Fəxri doktor”, İmdat Avşara “Şahmar Əkbərzadə” mükafatının təqdimatı da bu tədbirdə baş tutacaq.

Bundan başqa tədbirdə İmdat Avşarın Bakıda aybKitab layihəsi çərçivəsində nəşr olunan “Göyərçin sevdası“ kitabının və 20 yanvar şəhidi Ülvi Bünyadzadənin Türk Ədəbiyyatı Vəqfi tərəfindən İstanbulda türkcə nəşr olunan “Sevginin sonu yoxdur” şeirlər kitabının müzakirəsi keçiriləcək.

# 1308 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #