Türk dünyasının dil və əlifba birliyinə töhfə

Türk dünyasının dil və əlifba birliyinə töhfə
18 dekabr 2023
# 12:45

Filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun “Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” monoqrafiyasının təkmilləşdirilmiş və əlavələr edilmiş ikinci nəşri çapdan çıxıb.

Kulis.az xəbər verir ki, kitabda türk xalqları arasında əlifba islahatları istiqamətində görülən işlər, XX yüzilliyin başlanğıcından günümüzə qədər davam edən proseslər araşdırılıb. Həmçinin türklər arasında ortaq ünsiyyət dilinin formalaşdırılması istiqamətində əlifba və orfoqrafiya problemləri elmi-nəzəri aspektdə tədqiq olunub. Əsərdə türk xalqlarının ortaq və ümumi əlifbaya keçməsi yollarının müəyyənləşdirilməsi, ortaq ünsiyyət dili üçün imla məsələlərinin yenidən aktuallaşması kimi məsələlər öz əksini tapıb. Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndiyi bir vaxtda çap olunan bu araşdırma problemlər və perspektivləri aydın şəkildə ortaya qoyması baxımından son dərəcə əhəmiyyətlidir.

Kitabın elmi redaktorları türkiyəli alim, professor Şükrü Haluk Akalın və filologiya üzrə fəlsəfə doktoru İmanyar Quliyev, rəyçiləri filologiya elmləri doktoru, dosent Şəbnəm Həsənli-Qəribova, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Səmədova və filologiya üzrə fəlsəfə doktoru, dosent Zəminə Rüstəmbəylidir.

Monoqrafiyadan türkoloqlar, filologiya fakültələrinin bakalavr, magistrant və doktorantları faydalana bilərlər.

AZƏRTAC

# 889 dəfə oxunub

Müəllifin son yazıları

# # #