Elmlər Akademiyası parkında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən icra olunan “Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” adlı layihə əsasında tədbir və yazarlarla görüş-müzakirə keçirilib.
Kulis.az xəbər verir ki, tədbirdə məruzəçi BDU-nun kafedra müdiri, dosent, şair-publisist Knyaz Aslan “Türk Dünyası İnfo” İB-nin həyata keçirdiyi layihənin ədəbi, elmi, tarixi baxımdan aktuallığından bəhs edib, Türk dünyası ölkələrinin yazarları arasında əlaqələrə və ümumən ədəbiyyatımızın inkişafına töhfə olduğunu qeyd edib.
Tədbirdə çıxış edənlər – AYB İdarə Heyətinin üzvü Əkbər Qoşalı, professor Nadir Məmmədli, tarixçi alim, şair, şərqşünas və tərcüməçi Şahin Fazil, alim-şairlər Gülxani Pənah, İbrahim Yusifoğlu, Zəki Bayram Yurdçu, Gülnar Səma, hərbi jurnalist-şair, qazi Rəşid Faxralı, yazıçı-jurnalist Şərf Kərimli, şairlərdən İbrahim İlyaslı, Gəray Göyyurd, Namiq Dəlidağlı, Süleyman Abdulla, Coşqun Xəliloğlu, Ələsgər Talıboğlu, Nəcməddin Mürvətov və başqaları Qarabağ Zəfəri, vətənpərvərlik, yurd təəssübkeşliyi mövzusunda şeirlər söyləyiblər.
- Avropa Film Festivalı yenidən böyük ekranlarda
- “Nəsildən-nəslə teatr” layihəsi davam edir
- “Leyli və Məcnun” poeması Almaniyada nəşr olunub
Sonda layihədə iştirak edən müəlliflər diplomlarla təltif olunub.