Tünzalə Ağayeva "Avroviziya"ya getmək istəyir

Tünzalə Ağayeva "Avroviziya"ya getmək istəyir
21 aprel 2025
# 15:30

"Məni "Avroviziya" Beynəlxalq mahnı müsabiqəsinə dəvət eləsələr, keyfiyyətli əsər hazırlanmalıdır".

Kulis.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti Tünzalə Ağayeva deyib.

"Mənim üçün sənət çox önəmlidir. Mənə trenddə olan mahnını oxumaq çox çətindir. Gərək öz aktuallığıma dəyər, ənənə qatım. Mənim böyüdüyüm musiqi mühiti var. Mənə sual verdilər ki, "Youtube"də klipi trendə çevrilən müğənnilərlə duet oxumaq təklif edilsə, qəbul edərsinizmi? Cavab verdim ki, onlarla düşmən deyiləm. Əgər keyfiyyətə cəhd göstərmək istəyirsənsə, qapım açıqdır. Əks halda, boşuna vaxtımı almasınlar. Niyyət önəmlidir. Trend fürsətdir. Amma mən trendə uymuram, trend yaradıram. Mən keyfiyyətli iş təqdim etməyə çalışıram", - deyə Xalq artisti bayağı ifaçılardan danışarkən deyib.

"Millət vəkili olmaq istəmirəm. Ən gözəl tribuna sənətdir. Amma düzgün istifadə edə biləriksə...", - T. Ağayeva açıqlayıb.

"2013-cü ildə haqqımda çoxlu qara piar apardılar. Həyatım xaosa çevrilmişdi. Başa düşdüm ki, gündəmdə olmaq məni xoşbəxt eləmir",- Xalq artisti vurğulayıb.

# 109 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #