Tufan Axundov vəfat etdi

Tufan Axundov vəfat etdi
29 mart 2024
# 15:21

AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan Axundov dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, o, 76 yaşında vəfat edib.

Qeyd edək ki, Tufan Axundov 1948-ci ildə Bakı şəhərində anadan olub.

O öz qazıntıları və tədqiqatları ilə digər bölgələrlə yanaşı, Muğan və cənub bölgəsində də böyük elmi işlərə imza atıb. Arxeoloq Cəlilabad bölgəsində 2004-cü ildən 2016-cı ilə qədər çalışıb, Alxantəpə və Polutəpə abidələrini kəşf edib, tədqiqatlar aparıb, nəticə olaraq Alxantəpəyə aid 735 səhifəlik elmi kitabı çap olunub. Onun həmçinin Polutəpə abidəsinin tədqiqatına aid elmi əsəri də çap olunaraq, yaxın vaxtlarda işıq üzü görməli idi.

# 904 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #