Oktyabrın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C. Puççininin “ Toska “ operasının tamaşası keçiriləcək.
Teatr mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, premyerası 1900-cü ildə Milanda baş tutan bu tamaşa klassik opera sənətinin ən dəyərli nümunələrindən biri olub dünyanın bir çox qabaqcıl opera teatrlarının repertuarını bəzəyir.
Tamaşada Toska partiyasını ifa etmək üçün teatrın rəhbərliyi tərəfindən Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Viktoriya Çenskaya dəvət olunub. Əsas partiyalardan biri olan Kavaradossi rolunu Azərbaycanın Əməkdar artisti, İtalyanın La-Skala Akademiyasının solisti Azər Rza, Skarpia partiyasını isə Xalq artisti, Almaniyanın Manheym Milli Operasının solisti Əvəz Abdulla ifa edəcəklər.
- İlqarda, sədaqətdə, məhəbbətdədir Allah - Günün şeiri
- Haruki Murakaminin yeni romanının adı məlum oldu
- Oğlunu erkən itirdi, məşhur aktrisa ilə sevgili olduğu deyildi, aparıcını təhqir etdi – Kinomuzun “Şofer Əhməd”i haqqında bilmədiklərimiz
Tamaşada həmçinin, Azərbaycanın Xalq artisti Əli Əsgərov. Əməkdar artistlər Cahangir Qurbanov və Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə və b. iştirak edəcəklər.
Opera tamaşasını Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.