“Tomorrowland” festivalı bu dəfə hansı ölkədə keçiriləcək?

“Tomorrowland” festivalı bu dəfə hansı ölkədə keçiriləcək?
8 yanvar 2026
# 10:40

Elektron musiqinin ən böyük festivallarından biri olan “Tomorrowland” yeni bir tarixə imza atmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, festival ilk dəfə olaraq Taylandda təşkil olunacaq.

Tədbir 2026-cı il dekabrın 11–13-də Pattaya şəhərində, Visdom Valley ərazisində keçiriləcək.

Asiya versiyası üçün 50 mindən artıq iştirakçının qatılacağı proqnozlaşdırılır.

Belçikadakı ənənəvi formatdan fərqli olaraq, bu dəfə festival çərçivəsində kempinq olmayacaq və qonaqlar hotellərdə yerləşdiriləcək.

Festival biletlərinin beynəlxalq satışına isə martın 7-də start veriləcək.

# 121 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər