Tom Kruz Trampın dəvətini rədd etdi

Tom Kruz Trampın dəvətini rədd etdi
16 avqust 2025
# 11:40

Məşhur Hollivud aktyoru Tom Kruz ABŞ-ın prezidenti Donald Trampın ev sahibliyi edəcəyi Kennedi Mərkəzinin Şərəf Mükafatları tədbirinə dəvəti rədd edib.

Kulis.az xəbər verir ki, "The Washington Post"un məlumatına görə, Kruz bu qərarını "cədvəl toqquşmaları" ilə əsaslandırıb, lakin bəzi mənbələr bunun siyasi səbəblərlə də bağlı ola biləcəyini iddia edir.

Trampın açıqladığı digər mükafatlandırılacaq şəxslər arasında Silvestr Stalloni, KISS qrupu və müğənni Qloria Qaynor da var.

Qeyd edək ki, mükafatlandırma mərasimi bu il dekabrın 7-də Vaşinqtonda keçiriləcək.

# 63 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər