Tom Hanks ABŞ yazıçılarının tətilinə qoşuldu

Tom Hanks ABŞ yazıçılarının tətilinə qoşuldu
17 may 2023
# 11:30

Amerikalı aktyor Tom Hanks Amerika Yazıçılar Gildiyasının tətilinə qatılıb.

Kulis.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Hanksın sözlərinə görə, o, bütün Hollivud birliklərinin üzvüdür. “Düşünürəm ki, yazıçıların iqtisadi problemləri hər kəsə məlumdur. Biz indi qaçılmaz dəyişikliyə hazır olmalıyıq", - deyə aktyor bildirib.

Xatırladaq ki, mayın 2-də amerikalı ssenaristlər əmək müqaviləsinin şərtlərini yaxşılaşdırmaq üçün kinostudiyalarla danışıqlar apara bilmədiklərinə görə tətilə başlayıblar.

# 877 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #