"Titanik" filminin yenilənmiş versiyası ekranlaşdırılacaq

"Titanik" filminin yenilənmiş versiyası ekranlaşdırılacaq
23 iyun 2022
# 16:20

Ceyms Kemeronun “Titanik” filminin 25-ci ildönümünü qeyd etmək üçün filmin yenidən işlənmiş versiyası 2023-cü ilin Sevgililər Günündə kinoteatrlarda nümayiş olunacaq.

Kulis.az “gazeta.ru”ya istinadən xəbər verir ki, lentin yenilənmiş versiyasını kinoteatrlarda 3D 4K HDR formatında və yüksək kadr tezliyində görmək mümkün olacaq.

Beynəlxalq buraxılış 10 fevral 2023-cü il tarixinə planlaşdırılır.

Xatırladaq ki, Keyt Uinslet və Leonardo Di Kaprionu dünya ulduzu edən “Titanik” 1997-ci ildə ekranlara çıxmışdı. Film ən yaxşı rejissor, montaj və orijinal mahnı daxil olmaqla 11 Oskar qazanmışdı.

# 1775 dəfə oxunub

Müəllifin son yazıları

# # #