Till Lindemanın konserti ləğv edildi

Till Lindemanın konserti ləğv edildi
21 noyabr 2023
# 17:20

"Rammstein" qrupunun solisti Till Lindemanın Almaniyanın Kassel şəhərində baş tutacaq konserti ləğv edilib.

Kulis.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhər administrasiyası açıqlamasında bildirib ki, buna səbəb konsert təşkilatçılarının vaxtında icazə almaması olub.

Konsertin ləğv edilməsinə baxmayaraq, onun keçirilməsinə qarşı Kasseldə 100 nəfərin iştirak etdiyi etiraz aksiyası keçirilib.

Qeyd edək ki, 2023-cü ilin avqustunda Till Lindeman qadınlara qarşı zorakılıqda ittiham olunurdu.

# 765 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #