"The Walking Dead" spin-offununun ilk treyleri yayımlandı

"The Walking Dead" spin-offununun ilk treyleri yayımlandı
12 may 2023
# 11:20

"The Walking Dead: Dead City" nin ilk treyleri Youtube platformasında yayımlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, seriyanın dördüncü spin-offunda Loren Kohan ve Cefri Morqan rol alıb. Serial 18 iyunda başlayacaq.

Qeyd edək ki, serialın çəkilişləri 2022-ci ilin iyulundan oktyabr ayına qədər aparılıb. Ümumilikdə altı seriya çəkilib.

Xatırladaq ki, "The Walking Dead" eyniadlı komikslərə əsaslanan Amerika post-apokaliptik televiziya serialıdır. Premyerası 31 oktyabr 2010-cu ildə baş tutub. Serialın yaradıcısı Frenk Darabont daha çox Stiven Kinq romanlarının, o cümlədən “Şouşenkdən qaçış” və “Yaşıl mil”in adaptasiyaları ilə tanınır.

# 703 dəfə oxunub

Müəllifin son yazıları

# # #