“The Walking Dead: Daryl Dixon” son mövsüm üçün yeniləndi

“The Walking Dead: Daryl Dixon”   son mövsüm üçün yeniləndi
8 avqust 2025
# 14:59

ABŞ istehsalı “The Walking Dead: Daryl Dixon” serialının dördüncü və son mövsümü çəkiləcək. Bu barədə açıqlama cümə günü serialın San Dieqo Komiks Konundakı panelində verilib.

Kulis.az xəbər verir ki, səkkiz seriyadan ibarət olacaq builki çəkilişlərə bu ay İspaniyada start veriləcək. Çəkilişlər Madrid və ətrafı ilə yanaşı, Bilbao, Qalisiya, Andalusiya, Seqoviya bölgəsi, Toledo və digər məkanlarda aparılacaq.

Qeyd edək ki, ekran əsəri sentyabrın 7-də "AMC" və "AMC+" platformalarında yayımlanacaq. Mövsüm Kerol və Derilin evlərinə və sevdiklərinə doğru geri dönüşündən bəhs edir.

# 328 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər