Teymur Əmrah: "Diplomlar şadlıq evlərinə işləyir"

Teymur Əmrah:  "Diplomlar şadlıq evlərinə işləyir"
14 sentyabr 2023
# 16:10

"Bu gün diplomlar şadlıq evlərinə işləyir"

Kulis.az xəbər verir ki, bu sözləri “Gül kimi şou”da ali məktəblərlə bağlı danışan Əməkdar artist Teymur Əmrah deyib.

Onun sözlərinə görə, musiqiçilərin 99 faizi sənəti yox, toyu seçir:

“Bu gün diplomlar şadlıq evlərinə işləyir. 99 faiz belədir. İnsan 3 mərtəbəli villada yaşamaq istəyir, CİP sürmək istəyir. Tələbə deyir, anam-atam məni həyata bir dəfə gətirib. Mən ölüb gedəcəm, istəyirəm yaxşı həyat yaşayım. Sizin kimi az məvaciblə əzab-əziyyət çəkmək istəmirəm. Mən demirəm, hamı universiteti bitirib opera teatrına getsin, toyda da kimsə oxumalıdır. Amma faiz fərqi olmalıdır. Bu gün musiqiçilərin 99 faizi toydadır. Mən elə buna görə iki universitetdən ərizəmi yazıb çıxdım”.

Yenicag.az

# 1302 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #