Tərcüməçilərə həsr olunmuş ədəbi-bədii axşam keçiriləcək

Tərcüməçilərə həsr olunmuş ədəbi-bədii axşam keçiriləcək
25 iyul 2024
# 09:29

Bakıdakı Ukrayna Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının ukraynalı tərcüməçi və tədqiqatçısı, şair Mıkola Miroşnıçenko və Ukrayna ədəbiyyatının azərbaycanlı tərcüməçisi, şair Abbas Abdullanın xatirəsinə həsr olunmuş ədəbi-bədii axşam keçiriləcək.

Kulis.az xəbər verir ki, ədəbi-bədii axşam iyulun 25-də Ukrayna Xalq deputatı Sergey Naqornyakın dəstəyi ilə keçiriləcək. Tədbirdə Azərbaycanda Ukrayna Qadınları Birliyinin sədri Lidiya Əliyeva-Şestak, ədəbiyyatşünaslar, Abbas Abdullanın ailəsinin nümayəndələri çıxış edəcəklər.

Qeyd edək ki, Mıkola Miroşnışenko Nəsimi, Nizami, Məhsəti Gəncəvi, Füzuli kimi şairlərin əsərlərini də tərcümə edib.

# 601 dəfə oxunub

Müəllifin son yazıları

# # #