Tərcümə müsabiqəsinin qəbul vaxtı uzadıldı

Tərcümə müsabiqəsinin qəbul vaxtı uzadıldı
17 yanvar 2022
# 17:40

Azərbaycan Dövlət Tərcümə Mərkəzi “Dəf(i)nə yarpağı” müsabiqəsində iştirak etmək istəyənlərin çoxsaylı müraciətlərini nəzərə alaraq tərcümə əsərlərinin qəbulunu 2022-ci il iyulun 31-dək uzadıb.

Tərcümə Mərkəzindən bildirilib ki, müsabiqəyə 2020–2022-ci illərdə orijinaldan Azərbaycan dilinə tərcümə edilmiş nəsr və poeziya nümunələri qəbul edilir.

nəsr – 20.000 işarəyə qədər;

poeziya – 100 misraya qədər.

* tərcümə müəllifi hər hansı nominasiya üzrə yalnız bir əsər təqdim edə bilər;

* müsabiqə iştirakçılarına yaş məhdudiyyəti qoyulmur.

Müsabiqənin mükafat fondu

Nəsr və poeziya üzrə

I yer – 2000 (iki min) manat

II yer – 1000 (min) manat

III yer – 500 (beş yüz) manat

Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.

Əsərin göndərilmə qaydası

* Əsərlər, tərcümə edildiyi orijinal mətn əlavə olunmaqla, elektron poçt vasitəsilə, yaxud kağız formatında (5 nüsxədə) təqdim edilir;

* müsabiqə şərtlərinə uyğun gəlməyən formatda təqdim edilən mətnlər geri qaytarılır.

Əlavə sənədlər

* şəxsiyyət vəsiqəsinin surəti

* müsabiqə iştirakçısının əlaqə nömrəsi.

Ünvan: Bakı şəhəri, Ə.Topçubaşov küçəsi 74

Email: [email protected]

Telefon: (012) 595 10 69

Mob: (055) 988 89 30 (votsap)

# 1349 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #